Press "Enter" to skip to content

Qazaxıstanda Rusiya kanallarının yayımının dayandırılmasının səbəbi məlum olub

Qazaxıstanda bəzi Rusiya telekanallarının yayımı dayandırılıb

Son yeniləmə: 7 Yanvar 2024 15:30

BAYRAQDAR MEDİA – Qazaxıstanda bəzi Rusiya telekanallarının yayımının dayandırılması yerli operatorun böyük miqdarda borcları ilə bağlıdır.

Veçernıy Bişkek xəbər verir kİ, bu barədə “Vlast” nəşrinə “Birinci Kanal” Ümumdünya Şəbəkəsinin respublika üzrə rəsmi nümayəndəsi İrina Kalaşnikova bildirib.

Məlumata görə, “2024-cü il üçün yayım müqaviləsi yerli operatorun müəllif hüququ sahibinə borcu olduğuna görə imzalanmayıb. Bu səbəbdən verilişi dayandırmaq məcburiyyətində qaldıq. Bir ildir ki, bu barədə xəbərdarlıq edirik”, – deyə o bildirib.

Qeyd edilib ki, yanvarın 3-də peyk yayım operatoru TVCOM 10-dan çox Rusiya telekanalını Qazaxıstandakı yayım şəbəkəsindən kənarlaşdırıb. Operator özü hərəkətini televiziya tamaşaçılarının yayıma marağını azalması ilə izah edib, çünki onlar informasiyanı əsasən sosial şəbəkələrdən alırlar.

Mission News Theme by Compete Themes.