BAYRAQDAR MEDİA – Yanvarın 26-da elm və təhsil naziri Emin Əmrullayev Göyçayda vətəndaşları qəbul edəcək.
Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “qəbulda Göyçay, Mingəçevir, Yevlax, Ağdaş, Ucar, Kürdəmir və Zərdab sakinləri iştirak edə bilərlər. Adları çəkilən şəhər və rayonların sakinləri 17 yanvar (saat 18:00-dək) tarixinədək ETN-nin Çağrı Mərkəzinin 146-2 və 146-6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, Nazirliyin rəsmi saytının əlaqə bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə WhatsApp vasitəsi ilə müraciət göndərmək mümkündür”.