Press "Enter" to skip to content

Fars-molla rejimi Azərbaycanlı tələbəni həbs edib

Şərti şəkil

BAYRAQDAR MEDİA – Fars-mollar rejiminin idarə etdiyi İranda dini təhsil alan Azərbaycan vətəndaşı Səfərov Davud Səfər oğlu qarşılaşdığı haqsızlıqlardan, qeyri-insani davranışlardan bezərək Azərbaycana qayıtmaq istəyib. Lakin İran sərhədçiləri onu saxlayaraq nəzarət-buraxılış məntəqəsindən buraxmayıb.

Xəbəri “Azad İran” Telegram kanalı yayıb.

Bildirilir ki, 2021-ci ildən İranın Qum şəhərində “İmam Xomeyni” mədrəsəsində dini təhsil alan Davud Səfərov təhsilini yarımçıq saxlayaraq Azərbaycana qayıtmaq istəyərkən İran sərhədçiləri tərəfindən sənədlərinin düzgün olmaması bəhanəsi altında saxlanılıb.

Yaxınlarının bildirdiyinə görə, tədris prosesində siyasi mövzular, anti-Azərbaycan dərsləri təbliğ olunduğundan, eləcə də öyrəncilərin sosial durumu pis vəziyyətdə olduğundan Davud İranda oxumağa davam etmək istəməyib və Azərbaycana qayıtmaq niyyətində olub. Hətta İranda hüquq-mühafizə orqanları tərəfindən Davuda qanunsuz silahlı qruplaşma kimi fəaliyyət göstərən “Hüseyniyyun” təşkilatına qoşulması üçün təzyiqlər göstərilib. Buna görə Davudun xarici pasportu əlindən alınıb və azadlığı məhdudlaşdırılıb.

Ümumiyyətlə, son zamanlar İranda dini təhsil alan tələbələrin Azərbaycana qayıtmasına maneələr yaradılır, onlar hədə-qorxu ilə İranda qalmağa və oradan sosial şəbəkələr və media üzərindən Azərbaycan əleyhinə radikal dini fəaliyyət aparmağa məcbur edilirlər.

Mission News Theme by Compete Themes.