Son yeniləmə: 7 Yanvar 2024 16:11
BAYRAQDAR MEDİA – Özbəkistanda 2024-cü il aprelin 1-dən daşınmaz əmlak və avtomobil satmaq istəyənlərin məişət tullantılarından borcunun olub-olmadığı yoxlanılacaq.
Bu barədə platina.uz məlumat yayıb.
Bildirilib ki, “əgər borc varsa, notarius müqaviləni təsdiq etmir və borc ödənilənə qədər bu vəziyyət davam edir”. Məlumata əsasən, bərk məişət tullantılarının yığılması və daşınması üzrə xidmətlərə görə sakinlər tərəfindən icbari ödənişlərin ödənilməsi və uçotunun vahid elektron sistemi vasitəsilə onlayn rejimdə borclar yoxlanılır.