Son yeniləmə: 7 Yanvar 2024 15:30
BAYRAQDAR MEDİA – 2023-cü ilin dekabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 13 862 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 7-də idarədən məlumat verilib.
Bildirilib ki, “statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 7 min 257 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 3 min 147 müraciət daxil olub. BŞTİ-yə 3 min 83 sənəd (vətəndaşlar tərəfindən 1 min 169 ərizə, Elm və Təhsil Nazirliyindən 316, digər qurumlardan 335, tabelikdə olan təhsil müəssisələrindən 482 məktub və 781 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 375 elektron müraciətə baxılıb. Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, eksternat qaydasında aralıq imtahanları, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul, şagird yerdəyişməsi və digər məsələləri əhatə edib”.