Son yeniləmə: 7 Yanvar 2024 11:44
Bu şəhərdən namizədin adının hələ də açıqlanmaması ciddi etirazlara səbəb olub
BAYRAQDAR MEDİA – Türkiyənin ana müxalifət partiyası CHP-də seçkiöncəsi gərginlik davam edir. Bu günlərdə həmin gərginliyə daha bir məsələ də əlavə edilib. Bu da Eskişehir Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizədlə bağlıdır.
Məsələ burasındadır ki, indiki Özgür Özəl komandası bu şəhərin hazırkı bələdiyyə sədri Yılmaz Büyükerşenə heç də isti münasibət göstərmir. Elə digər bir çox şəhərklərdən fərqli olaraq Eskişehirdə hələ də namizədin elna edilməməsi də bundan qaynaqlanır.
Bəzi məlumatlara görə mövcud rəhbərlik uzun illərdir bu şəhərin bələdiyyə sədri olan Y. Büyükerşeni başqa birisi ilə əvəzləmək istəyir. Buna görə də məsələ ləngiyir.
Bu lənkimə isə partiya daxilində ciddi etirazlara səbəb olur.
Məsələn, hüquq professoru, jurnalist yazar Haluk Şahin “T24”-də yayımlanan “Büyükerşenə edilən böyük hörmətsizlik” başlıqlı yazısında bu etirazları dilə gətirib:
Yerli eskisehir.net saytı xəbər verir ki, H.Şahin yazısında Y.Büyükerşeni yüz illik Cümhuriyyət dövrünün ən uğurlu bələdiyyə sədri kimi xaratkerizə edib. Yazıda deyilir: “Büyükersen tanıyırsınız: O, yüz illik Cümhuriyyət dövrünün ən uğurlu bələdiyyə sədridir. Eskişehirdə beş dəfə seçildiyi bələdiyyə sədrliyi dövründə toz-palçığı ilə tanınan qısır şəhəri Avropanın görkəmli şəhərlərindən birinə çevirib. O, möcüzəli insandır”.
Yazıda CHP-nin yeni rəhbərliyinin Y.Büyükerşenə yaşına görə isti baxmamasına da toxunulub və rəhbrlik tənqid edilib: “Onun 86 yaşı var və bir müddət daha işləmək istəyir. O, sağlamdır, ağlı başındadır, təcrübə qabı ağzına qədər doludur. O, onu yıxmaq istəyənlərdən daha gəncdir! Layiqli bir qurumda nə edilər? Əfsanəvi insana ehtiram göstərilər, şəhərdən-şəhərə aparılar və onun təcrübəsi digər namizədlərə örnək göstərilər. Bəs, son 25 ildə bir neçə yerli özünüidarəetmə uğurundan başqa, demək olar ki, heç bir uğuru olmayan ortabab adamlardan ibarət komanda nə etdi? Yenidən namizəd olmasına mane olmaq üçün min bir oyuna əl atdı! Mən başa düşmürəm: Ən uğursuz yerlərdə namizədlər açıqlanıb, lakin hələ də Hocanın adı açıqlanmayıb”.
H.Şahin yazısında namizədlərlə bağlı partiyadaxili sorğunu da ciddi şəkildə tənqid edib: “Təkəbbürə bax! Uşaq kitablarında qəhrəmana çevrilən əfsanə haqqında sorğu keçiriblər! Adam oradadır. Hünəriniz çatırsa gedib deyin ki, “Hoca, bizim daha yaxşı namizədimiz var, namizəd olma!”. Amma yox. Bu adamlar arxadan iş görməkdə, palçıqda yatmaqda ustadırlar. Düzgün iş onlar üçün deyil!”.
Göründüyü kimi yazıda CHP-nin yeni rəhbərlyi ciddi şəkildə tənqid olunub. Eyni zamanda bu yazını, Y.Büyükerşen tərəfdarlaırnın Ö.Özel komandasına bir uitimatum kimi də dəyərləndirmək olar.