Press "Enter" to skip to content

Azərbaycan IELS 2025-in sınaq mərhələsində

Elm və Təhsil Nazirliyi

BAYRAQDAR MEDİA – IELS 2025-in (Beynəlxalq Erkən Öyrənmə və Uşaq Nailiyyəti Tədqiqatı) sınaq mərhələsinin təşkilinə başlanılıb.

Bu haqda Elm və Təhsil Nazirliyinin yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “sınağın 2024-cü ilin fevral – mart aylarında keçirilməsi nəzərdə tutulub. Tədqiqatın sınaq mərhələsində Bakı və Sumqayıt şəhərləri üzrə 40 təhsil müəssisəsindən 600-ə yaxın təhsilalanın iştirakı planlaşdırılıb. Ölkə üzrə 5 yaşlı uşaqların bilik və bacarıqlarını ölçməyə, həmçinin digər ölkələrdəki eyniyaşlı uşaqların səriştələri ilə müqayisə aparmağa imkan yaradan IELS İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı tərəfindən keçirilir”.

Qeyd edək ki, Azərbaycan IELS tədqiqatında ilk dəfə iştirak edir.

Mission News Theme by Compete Themes.