Press "Enter" to skip to content

Azərbaycanın dostu yenidən namizəd olacaq

Osman Zolan Azərbaycana xüsusi sevgisi ilə də tanınır

Son yeniləmə: 7 Yanvar 2024 09:27

AK Parti Denizlidə “Osman Zolanla davam” deyəcək

BAYRAQDAR MEDİA – Yanvarın 7-si qardaş Türkiyənin hakim partiyası AK Parti üçün mühüm günlərdən biridir. Çünki bu gün martın 31-də keçiriləcık yerli seçkilərdə partiyanın bələdiyyə sədrliklərinə namizədlərinin adı bəlli olacaq.

Bu arada isə AK Partinin Denizli Böyükşəhər Bələdiyyəsi sədrliyinə yenidən Osman Zolanın namizədliyini irəli sürəcəyi bəlli olub.

Bu barədə denizli24haber.com saytı məlumat yayıb.

Məlumatda bildirilib ki, “AK Partinin və Cümhur İttifakının Denizli Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizədinin Osman Zolan olmasının qərarlaşdırıldığı öyrənilib. Onun namizədliyi rəsmən yanvarın 7-də Cümhurbaşqanı və AK Parti Genel başqanı Recep Tayyip Erdoğan tərəfindən açıqlanacaq”.

Qeyd edək ki, 2011-ci ildə o zamankı bələdiyyə sədri Nihat Zeybekci millət vəkili seçildikdən sonra bələdiyyə məclisi tərəfindən Denizli Bələdiyyəsinə bələdiyyə sədri seçilən Osman Zolan 2014-cü il seçkilərində xalq tərəfindən Denizli Böyükşəhər Bələdiyyəsinin rəhbəri seçilib. Öz səmərəli fəaliyyəti ilə xalıqn rəğbətini qazanan O.Zolan 2019-cu il seçkilərində də qalib olub.

Denizlidə Azərbaycan sevgisi – ÖZƏL

Bu şəxs Azərbaycana xüsusi sevgisi ilə də tanınır. Məhz bu sevginin nəticəsidir ki, şəhərin mərkəzində yerləşən, böyüklüyü və əsrarəngiz gözəlliyi ilə fərqlənən parka Denizli Böyükşəhər Bələdiyyəsinin 19 aprel 2016-cı il tarixli, 555 saylı qərarı ilə Azərbaycan Qarabağ Parkı adı veirlib. Bu park şəhərin ana arteriyalarından biri olan Ali Marım bulvarının hər iki tərəfini əhatə edir. Ərazisinin böyük hissəsini yaşıllıq təşkil edən, insanların dincəlməsi üçün hər cür şəraitin yaradıldığı parkın xüsusi bir özəlliyi də var ki, bu da orada yerləşən Xocalı Soyqırımı abidəsidir

Hər il fevralın 26-da Denizli Böyükşəhər Bələdiyyəsinin başqanı O.Zolan başda olmaqla şəhər rəhbərliyi, müxtəlif qurumların təmsilçiləri, məktəblilər, həmçinin Denizlidə təhsil alan və yaşayan azərbaycanlılar bu abidənin önünə toplaşaraq Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.

Beləliklə, bu gün AK Parti Denizlidə “Osman Zolanla davam” deyəcək. Biz isə elə indidən “Uğur olsun Osman Zolan bəy” deyirik.

146 yaşlı bələdiyyə

Mission News Theme by Compete Themes.