BAYRAQDAR MEDİA – Yeni il münasibəti ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında hazırlanan maraqlı və əyləncəli kompozisiya davam edir.
Bu haqda sözügedən Teatrın yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “kompozisiyada Şaxta babanın və Qar qızın uşaqlara nağıl hədiyyəsi “Yatmış gözəl və cırtdanlar” tamaşası olacaq. Səhnə əsərinin quruluşçu rejissoru Elşad Rəhimzadə, səhnələşdirəni Anar Babalıdır”.
Qeyd edək ki, 29 dekabrda başlanan tamaşa gələn ilin yanvarın 3-dək davam edəcək (gündə 4 dəfə – 10:30; 12:30; 14:30; 16:30).