BAYRAQDAR MEDİA – Dekabrın 30-da Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının qurulmasının 100 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Prezidentin rəsmi saytında yayımlanan Sərəncamda bildirilir ki, Mədəniyyət Nazirliyi Xarici İşlər, Elm və Təhsil nazirlikləri, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Muxtar Respublikanın 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
O da qeyd edilir ki, Muxtar Respublikanın Nazirlər Kabineti Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi ilə razılaşdırmaqla 100 illik yubileylə bağlı tədbirlər planının hazırlanmasını və həyata keçirilməsini təmin etsin.
Azərbaycan Respublikası Nazirlər Kabinetinə də Sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılır.
Əlavə edək ki, Muxtar Respublikanın 100 illiyi 2024-cü il fevralın 9-da tamam olur.