BAYRAQDAR MEDİA – Mərkəzi Seçki Komissiyası 30 dekabr tarixli toplantısında prezidentliyə ilk namizədi qeydə alıb. Bununla bağlı qurumun yaydığı xəbərdə deyilir.
Bildirilir ki, namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Heydər oğlu Əliyevin namizədliyi gərəkli sayda seçici imzaları təqdim edildiyi üçün qeydə alınıb.