Son yeniləmə: 30 Dekabr 2023 08:54
Farsların zorakılığına məruz qalan “Traktor” azarkeşlərinə qarşı istintaq
BAYRAQDAR MEDİA – Güney Azərbaycan türklərini İranda təmsil edən Təbriizin “Traktor” futbol komandasının azarkeşlərinə qarşı təzyiqlər davam edir.
Kirim Haber Ajansının məlumatlna görə, Gilan Polis İdarəsi tərəfindən “Traktor” azarkeşləri və hüquq müdafiəçiləri Mehveş Nuri və Zəhra Fətəlizadəyə qarşı istintaq başladılıb.
Bildirilib ki, iki fəalın istintaqına səbəb olan vəziyyət 2023-cü il dekabrın 25-də “Traktor”un Gilan vilayətinin təmsilçisi “Melavan”la oynadığı matçda baş verən hadisələrdir. Həmin vaxt matçın keçirildiyi stadionda “Traktor” azarkeşləri farsların hücumuna məruz qalıb və təhqir olunub. Bundan başqa, qarşılaşma zamanı “Melavan” komandasının azarkeşləri Güney Azərbaycan türklərinin təmsilçisi “Traktor”un futbolçularını təhqir edib, futbolçuların üzərinə yad əşyalar atıblar.