Press "Enter" to skip to content

Ərşad Salihidən seçki komissiyasına tələb

Ərşad Salihi

Son yeniləmə: 30 Dekabr 2023 13:18

BAYRAQDAR MEDİA – İraq Türkmən Cəbhəsi (İTF) Kərkük millət vəkili Ərşad Salihi əyalət şurası seçkiləri ilə bağlı şikayətlərini Müstəqil Yüksək Seçki Komissiyasına çatdırdıqlarını açıqlayıb.

Türkmeneli TV xəbər verir ki, Ə.Salihi sosial media hesabındakı paylaşımında əyalət şurası seçkilərində yer bölgüsündə ədalətsizlik olduğunu düşündüklərini və bu barədə Seçki Komissiyasına rəsmi məktub təqdim etdiklərini bildirib: “Ə.Salihi Seçki Komissiyasına təqdim etdikləri məktuba istinad edərək “Əyalət şurası seçkilərinin nəticələrini təhlil edərkən görürük ki, yerlərin bölgüsündə, xüsusən də siyahılar arasında böyük bərabərsizlik var” deyib.

Ə.Salihi bildirib ki, “İraq Türkmən Cəbhəsi siyahısı 74 min səs aldığı halda, sadəcə bir kişi və bir qadın üçün yer ayrılmışdı. Bunun əksinə olaraq, daha az səs toplayan siyahılar eyni və ya daha çox yer qazandı. Ona görə də məsələyə yenidən baxılmalı və oturacaq bölgüsündə itki aradan qaldırılmalıdır”.

Ə.Salihi qeyd edib ki, əsl demokratik təmsilçiliyi təmin etmək üçün seçki prosesi ədalətli və şəffaf olmalıdır.

Mission News Theme by Compete Themes.