Son yeniləmə: 30 Dekabr 2023 08:40
BAYRAQDAR MEDİA – Səudiyyə Ərəbistanında baş verən futbol oyunu böhranı türk dövlətlərində haqlı etirazla qarşılanıb. Eyn zamanda Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) ictimai işlər və nəqliyyat naziri Erhan Arıklı təkliflə çıxış edib.
Kibris Postası xəbər verir ki, E.Arıklı səudiyyəlilərin günahı ucbatından təxirə salınmış “Galatasaray”- “Fenerhahçe” superkubok oyununu KKTC-də oynamağı təklif edib.
Bununla bağlı sosial şəbəkə hesabından paylaşım edən E.Arıklı aşağıdakıları yazıb: “Anavətən Türkiyənin iki güclü komandasının Səudiyyə Ərəbistanında Türkiyə superkuboku matçını oynaması ideyası əvvəldən qüsurlu layihə idi. Səudiyyə Ərəbistanının nəzakət və hörmət qaydalarına zidd olaraq “Atatürk və İstiqlal Marşı” tələbləri matçın ləğvi ilə nəticələnib. Türkiyənin iki seçkin klubu “Galatasaray” və “Fenerbahçe”yə Superkubok finalını KKTC-də oynamağı təklif edirik. Ümid edirik ki, hər iki klubumuz bu təklifi milli həssaslıqla qarşılayacaq”.