Son yeniləmə: 30 Dekabr 2023 15:06
BAYRAQDAR MEDİA – Azərbaycanda olduğu kimi Bolqarıstanda da xalq protexnik vasitələrdən bezib.
Radio Bolqarıstan xəbər verir ki, Bolqarıstan vətəndaşlarının yarıdan çoxu Yeni il atəşfəşanlığına qarşıdır.
deyilir ki, “Gallup International Balkan” tərəfindən aparılan sosioloji sorğuya görə, yetkinlik yaşına çatmış Bolqarıstan vətəndaşlarının yarıdan çoxu, yəni 55,5 faizi Yeni il ərəfəsində adi insanlar tərəfindən edilən atəşfəşanlığın əleyhinədir.
Xatırladılır ki, Sofiyada dekabrın 31-i saat 18:00-dan yanvarın 1-i saat 02:00-dək pirotexniki maddələrdən istifadəyə icazə verilib: “Sofiya Şəhər Şurasının dərc etdiyi qərara əsasən, pirotexniki maddələrin Yeni il saatlarından kənarda istifadəsi qadağandır. Lakin bu qadağa tez-tez pozulur. Sofiyada ənənəvi Yeni il gecəsi konsertində atəşfəşanlıq olmayacaq, əksinə işıq şousu olacaq”.