Press "Enter" to skip to content

Birləşmiş İraq Türkmən Cəbhəsi siyahısı Kərkükdə 2 yer qazanıb

Mandat qazanan türkmənlər

Son yeniləmə: 30 Dekabr 2023 10:35

BAYRAQDAR MEDİA – İraq Müstəqil Ali Seçki Komissiyası əyalət şurası seçkilərinin yekun nəticələrini açıqlayıb.

Bu barədə Türkmeneli TV məlumat yayıb.

Bildirilib ki, “əyalət şurası seçkilərinin nəticələrinə görə, Birləşmiş İraq Türkmən Cəbhəsi Siyahısı Kərkükdə 2 mandat qazanıb. Birləşmiş İraq Türkmən Cəbhəsi Siyahısının 4 nömrəli namizədi Sevsen Ceddu və 6 nömrəli namizəd Əhməd Remzi əyalət məclisində vəzifə yerinə yetirəcək adlar olub”.

Məlumata görə, Kərkükdə Kürdüstan Vətənpərvərlər Birliyi (KYB) ən çox səslə (5 yer) birinci yeri tutmağa davam edib: “Kərkükdə ərəblər ikinci, Birləşmiş İraq Türkmənləri Siyahısı isə biri kişi və biri qadın olmaqla iki şura üzvü ilə üçüncü yeri qoruyub. Kərkükdə KDP 2 mandatla dördüncü yerdə qərarlaşıb. Kərkükdə ərəblərin ümumi deputat sayı 6 olub. Xristianlara aid “Babiliyyuni” seçki siyahısı isə kvotadan bir yer qazanıb”.

Mission News Theme by Compete Themes.