Son yeniləmə: 30 Dekabr 2023 16:44
BAYRAQDAR MEDİA – Quzey Makedoniyanın Türk Demokrat Partiyasının (TDP) sədri və millət vəkili Dr. Beycan İlyas parlamentdəki çıxışında Qostivar Bələdiyyəsinin Yuxarı və Aşağı Banisa qəsəbəsində yaşayan vətəndaşların üzləşdiyi əmlak problemini gündəmə gətirib.
Yeni Balkan xəbər verir ki, Qostivar ilə Kırçova arasında tikintisi nəzərdə tutulan 8 nömrəli dəhliz avtomobil yolu layihəsi çərçivəsində bölgədəki bəzi əkinçilik sahələrinin müsadirə olunmasına qərar verilib və bu qərar rayon əhalisi tərəfindən böyük narazılıqla qarşılanıb.
Beycan İlyas parlament tribunasındakı çıxışında magistral yol tikintisi üçün lazım olan ərazinin xeyli hissəsinin müsadirə olunması nəzərdə tutulan layihənin ictimaiyyətdə narazılıq yaratdığını bildirib. O, səlahiyyətliləri bu narazılığın aradan qaldırılması üçün tədbirlər görməyə dəvət edib.