Press "Enter" to skip to content

2023-cü ildə Naxçıvana 20 minə yaxın xarici turist səfər edib

Natiq Paşayev (sağda) açıqlama verərkən

Son yeniləmə: 30 Dekabr 2023 13:35

Natiq Paşayev: Bizim şirkət turistlər üçün həm standart, həm də qarışıq paketlər təqdim edir

BAYRAQDAR MEDİA – “Naxçıvan Muxtar Respublikasına 2023-cü il ərzində 20 minə yaxın xarici turist səfər edib. Bunlar arasında hətta ucqar qitələrdən, Malayziyadan, Braziliyadan, Sinqapurdan da gələnlər olub”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Naxçıvan Travel” şirkətinin rəhbəri Natiq Paşayev deyib.

O, qeyd edib ki, son dövrlər Naxçıvanda yeni truzim məhsulu olan quş həvəskarları üçün turlar təşkil edilir: “Dünyada 12 növ quş vardır ki, onlar yalnız Naxçıvandadır. Bu da quş həvəskarlarını buraya cəlb edir. Ümumiyyətlə Naxçıvanda turizmin bir çox növü həyata keçirilir. Bu da Muxtar Respublikaya gələn turistlərinin sayının artmasına təkan verir”.

N.Paşayev deyib ki, bununla yanaşı olaraq sağlamlıq turizmini də xüsusi vurğulamalıdır: “Çünki 2023-cü ildə Naxçıvana sağlamlıq turizmi üzrə təxminən 10 minə yaxın turist gəlib. Yəni ümumilikdə gələn turistlərin tən yarısı məhz sağlamlıq turizmi üçün Muxtar Respublikaya üz tutub. Yerdə qalan 10 min nəfər isə dini, tarixi turlar üzrə Naxçıvanda olublar”.

Bildirilib ki, ölkə daxilindən gələnlər üçün bir, yaxud iki günlük turlar təklif edilir: “Aviabilet, daxildə nəqliyyat, bələdçi, səhər və nahar yeməyi daxil bir günlük turlar 185, bir gecə iki günlük turlar isə 285 manatdır. Burada turların qiyməti Azərbaycanın digər bölgələrinə nisbətən ucuzdur”.

N.Paşayev onu da əlavə edib ki, rəhbərlik etdiyi şirkət 2003-cü ildən fəaliyyət göstərir: “Bizim şirkət turistlər üçün həm standart, həm də qarışıq paketlər təqdim edir. Qarışıq paketləri turistlrəin zövqünə, istəyinə uyğun olaraq təşkil edirik”.

Mission News Theme by Compete Themes.