Press "Enter" to skip to content

MEK cari ildə e-xidmət səviyyəsini təkmilləşdirib

Mərkəzi Elmi Kitabxana

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) 2023-cü il ərzində öz oxucularına xidmət işini günün tələbləri səviyyəsində qurmağa nail olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə qeyd edilir ki, “il ərzində müxtəlif yaş və kateqoriyadan olan MEK istifadəçiləri fərqli dillərdə çap və elektron resurslar üçün müraciət ediblər. Bunlardan 5 mindən artıq sənəd saxlancdan, mindən artıq sənəd isə yardımçı fondlardan təhvil verilib. Həmçinin istifadəçilərə 6 mindən çox müxtəlif məzmunlu tammətnli ədəbiyyat və bir sıra xarici məlumat bazalarından istifadə imkanı da yaradılıb. Bu sırada il ərzində 2 dəfə EBSCO interaktiv axtarış sisteminə verilən sınaq müddətinin də xüsusi yeri olub”.

Sonra xəbərdə bildirilir ki, “kitabxana cari il ərzində AMEA-nın elmi-tədqiqat müəssisələrinə, Rəyasət Heyəti yanında müəssisə və təşkilatların əməkdaşları daxil olmaqla, respublikanın və Bakı şəhərinin elm və təhsil müəssisələrinə, ali məktəb və digər təşkilatlarına, həmçinin MDB və xarici ölkələrdən müraciət edən oxucu kontingentinə xidmət işini təkmilləşdirmək məqsədi ilə elektron kataloqdan daha çox seçim fürsəti verib. Oxuculara xidmət işini kitabxanalararası abonoment, oxu zalları, dövrü mətbuat və akademiklərin zalı vasitəsi ilə həyata keçirən MEK əməkdaşları yardımçı fondların komplektləşdirilməsində iştirak edib və bu ədəbiyyatlara dair oxucu sorğularını cavablandırıb”.

Qeyd edək ki, MEK öz oxucularını 2024-cü ildə də yüksək səviyyədə kitabxana-informasiya xidməti ilə təmin etməyə tam hazırdır.

Mission News Theme by Compete Themes.