Son yeniləmə: 29 Dekabr 2023 13:57
BAYRAQDAR MEDİA – Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədr müavini Dr. Mahmut Çevik Krım tatarlarının nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Kirim Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, Dr. Mahmut Çevik görüşlə bağlı “Dünya Krım türklərinin məsələlərindən danışdıq” deyib.
Məlumata görə, TİKA-nın Krımda göstərdiyi xidmətlərin əhəmiyyətinin qiymətləndirildiyi görüşdə gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələr çərçivəsində mümkün əməkdaşlıq məsələləri də müzakirə edilib.
Görüşün sonunda Dr. Mahmut Çevik Krım Tatar nümayəndə heyətinə hədiyyə olaraq TİKA-nın hazırladığı “Türküstan albomu”nu təqdim edib.