Press "Enter" to skip to content

İTV efiri bayram günlərində də zəngin olacaq

İTV

BAYRAQDAR MEDİA – Qarşıdan gələn bayramlarla əlaqədar İctimai Televiziyanın proqram düzənində dəyişikliklər edilib. 31 dekabrda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar İTV-nin istehsalı olan “Həmrəylik Günü” filmi saat 15:30-da, bunun ardınca isə bayram ovqatında hazırlanmış “Camaat nə deyir?” verilişi nümayiş etdiriləcək. İl ərzində baş vermiş ən mühüm və maraqlı hadisələrin şərhi “İTV Xəbər Yekun”da saat 20:00-da təqdim olunacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya İTV-dən daxil olub.

Qeyd edilir ki, “beynəlxalq lisenziyalı layihə olan və böyük maraqla izlənilən “Maska” şousunun (31 dekabr 21:00) növbəti buraxılışı da bayram ovqatında nümayiş etdiriləcək. Yanvarın 3, 4 və 5-də (saat 20:30) isə ”Maska”nın efirə getmiş əvvəlki buraxılışlarının təkrarını izləmək mümkün olacaq. Gecə yarısı Prezident İlham Əliyevin xalqı təbrik nitqindən sonra baxımlı konsert proqramları efirə veriləcək. Hər il olduğu kimi Vyana Filarmoniya Orkestrinin yeni il konsertinin canlı yayımı isə 1 yanvarda (14:15) nəzərdə tutulur. Bundan başqa 2 yanvarda Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş konsert proqramı (16:05) və “Xarıbülbül” konsert proqramı (22:40), 6 yanvarda “Oxşarabad 2: Korifeylər” konsert proqramı(23:15), “Bir mahnının tarixçəsi” (14:30) və sair musiqi, əyləncə məzmunlu verilişlərin yayımı proqrama salınıb”.

O da bildirilir ki, “maraqla izlənilən verilişlərdən “Kim zəngin olmaq istəyir? Milyonların şousu” (6 yanvar 20:30), “Nə? Harada? Nə zaman? İntellektual oyun” (2-5 yanvar gecə saatlarında), “Əlaçı” (5 yanvar 19:00 və 7 yanvar 12:25), “61!” (6 yanvar 17:25), “Breyn-rinq. İntellektual oyun” (7 yanvar 19:00), gənclərin müzakirə məkanı olan MAG (2-5 yanvar saat 15:00) bayram günlərində xoş ovqat yaradacaq”.

Eyni zamanda “İTV-nin istehsalı olan “Sən demə” (1 yanvar 20:30), “Oxşarabad” (2 yanvar, 20:50), “Oxşarabad 2: Korifeylər”(6 yanvar, 22:00), “Şou-biznesin sonu” (4 yanvar, 15:15) bədii filmlərini də bayram günlərində izləmək mümkün olacaq. İTV istehsalı olan verilişlərdən “Yeməsəm olmaz”, “Yaxşısı budur”, “Barlı bağ”, “Ozan Məclisi”nin bayram buraxılışları tamaşaçılara xoş anlar yaşadacaq”.

“”Azərbaycanfilm” kinostudiyasının istehsalı olan sevilən köhnə filmlərlə yanaşı, yenilərinə də efirdə günün müxtəlif vaxtlarında yer ayrılacaq. Xalq artisti, dünya şöhrətli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinə həsr olunan “Məhəbbətdən uca” bədii filmini (7 yanvar 18:20) ilk dəfə izləmək mümkün olacaq. Elçin Əzizovla “Kvartirnik” 3 yanvar 17:00-da efirdə olacaq”, – deyə xəbərdə bildirilir.

Hələ bu da hamısı deyil: “Bundan başqa, tamaşaçılara Sony Pictures, “Mosfilm” kinostudiyası və digər məşhur şirkətlərin istehsalı olan ən baxımlı, yüksək reytinq qazanmış bədii, sənədli filmlər, o cümlədən “I” əməliyyatı və Şurikin digər macəraları” (31 dekabr, 18:20), fransız komediya və döyüş filmi olan “Taksi 3” (2 yanvar), Oskar mükafatı almış “Tutsi” (4 yanvar, 17:00), Hollivud istehsalı olan “Marmot günü” (1 yanvar), məşhur “Titanik” (6 yanvar 22:00”, “Evdə tək” (4 yanvar 22:20) “Jandarm istirahətdə” və başqa filmlər peşəkar dublyajla nümayiş etdiriləcək”.

İTV həmişə olduğu kimi kiçik yaşlı tamaşaçılarını da unutmur. Yanvarın 1-dən 5-dək səhər saatlarında “Maşa və ayı” cizgi serialı, “Fikslər”, “Santanın məxfi dəstəsi”, “Ördək nağılları”, “Hörümçək adam”, “Buz dövrü” animasiya filminin bütün bölümlərini izləmək uşaqlara xoş anlar yaşadacaq.

Mission News Theme by Compete Themes.