Press "Enter" to skip to content

İstiqlal Muzeyində Ülkər Əbülfətin “Bir millət – iki dövlət” sərgisi -VİDEO

Sərginin açılışından xatirə fotosu

Son yeniləmə: 14 Yanvar 2024 12:43

Sərginin ekspozisiyasında yer alan sənət əsərlərində milli ruh əks olunub

BAYRAQDAR MEDİA – Azərbaycan İstiqlal Muzeyində rəssam Ülkər Əbülfətin Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Bir millət – iki dövlət” adlı sərgisi açılıb.

Sərginin kataloqu
Sərginin kataloqu

Bu barədə BAYRAQDAR MEDİA-ya rəssam özü məlumat verib.

Bildirilib ki, “Veteran Tankçılar İctimai Birliyi və Bakı Dağ Yəhudiləri Dini İcmasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib”.

Ülkər Əbülfət
Ülkər Əbülfət

Məlumata görə, sərginin açılış tədbirində Veteran Tankçılar İctimai Birliyinin sədri Hacı Əzimov çıxış edib: “O, sərginin əhəmiyyətindən danışıb. Qeyd edib ki, rəssamın əsərlərində Qarabağın gözəllikləri, o cümlədən dini tikililər və abidələr çox gözəl formada əks olunub”.

Tədbir zamanı
Tədbir zamanı

Sonra Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev çıxış edib: “Azərbaycan xalqı əzmkarlığı ilə hər zaman seçilib. Biz İkinci Qarabağ müharibəsi zamanı bunun bir daha şahidi olduq. Xalq Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşdi. Biz şanlı Qələbəmizlə kimliyimizi bir daha sübut etdik”.

Sərgiyə baxış zamanı
Sərgiyə baxış zamanı

Açılış mərasimində həmçinin çxış edən digər natiqlər də sərgidə nümayiş olunan rəsmlərin yüksək səviyyədə olduğunu bildiriblər. Qeyd edilib ki, sərginin ekspozisiyasında yer alan sənət əsərlərində milli ruh əks olunub.

Sonda çııxş edən Ülkər Əbülfət hər kəsə öz təşəkkürün bildirib.

Çıxışlardan sonra sərginin müəllifi Ülkər Əbülfət yaradıcılığına görə diplom və mükafata layiq görülüb.

Mission News Theme by Compete Themes.