BAYRAQDAR MEDİA – Cari ildə vətəndaşların böyük marağına səbəb olan “Tullantıları tingə dəyiş” ting paylama aksiyası növbəti dəfə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Araz” supermarketin qarşısında keçirilib.
Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “aksiya zamanı vətəndaşlar tərəfindən ümumi tutumu 163 litr olan plastik, 102 litr şüşə və 25 ədəd işlənmiş batareya təhvil verilib, əvəzində isə ağac tingləri paylanılıb. Eyni zamanda, uşaqlara ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirici kitablar hədiyyə olunub”.
Nazirlik il ərzində aksiyalarda fəal iştirak edərək yaşıllıqların sayının artırılmasına, tullantıların sayının minimuma endirilməsinə və təkrar emalına dəstək olan hər kəsə təşəkkür edib.
Qeyd edək ki, aksiyalar növbəti ildə davam edəcək.