Press "Enter" to skip to content

Fermerlərə 40 min manatdan artıq aqrar sığorta ödənişləri

Tədbir zamanı

Son yeniləmə: 29 Dekabr 2023 11:53

BAYRAQDAR MEDİA – Aqrar Sığorta Fondu fermer təsərrüfatlarına dəyən zərərlə bağlı sığorta ödənişlərini davam etdirir. Bu çərçivədə Cəlilabad, Biləsuvar, Yardımlı və Lerikdə sığortalanmış fermerlər və təsərrüfatların bir hissəsinə sığorta ödənişləri təqdim edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “tədbirdə iştirak edən fermerlərə ümumilikdə 40 min manatdan artıq ödəniş edilib. Nəticədə qeyri-sabit hava şəraiti – dolu, sel, subasma, leysan, fırtına, şaxtavurma nəticəsində təsərrüfatları ziyan görən təsərrüfat sahibləri itirdikləri vəsaitləri dövlət dəstəkli sığorta sayəsində ödəniş şəklində əldə ediblər. Zərər ödənişləri Cəlilabad, Biləsuvar və Yardımlı rayonlarındakı buğda-arpa sahələri, Lerikdə isə ərik bağı üzrə verilib”.

Məlumata görə, Biləsuvar rayonunda təşkil edilən tədbirdə bildirilib ki, ölkədə aqrar sığortanın əhatə dairəsi və ödənişləri sürətlə genişlənir: “2023-cü ilin 11 ayının nəticələrinə görə, Fond tərəfindən zərər görən təsərrüfatlara ümumilikdə 4 milyon manata yaxın ödənişlər edilib və bu məbləğ günü gündən artmaqdadır.
Qeyd olunub ki, sığorta haqqının 50%-ni fermerlərə dəstək üçün dövlət ödəyir. Nəticədə fermerlər cüzi vəsait ödəməklə əkin sahələrini çoxsaylı risklərdən qoruya bilirlər”.

Sığorta ödənişi ilə bağlı növbəti tədbir Lerik rayonunun Lələhiran kəndində keçirilib. Burada təsərrüfat sahibi Məhərrəməli Zeynalova məxsus olan 0,6 hektar ərik bağına şaxtavurma nəticəsində dəyən zərər üzrə fermerə 3847 manat ödəniş edilib.

Mission News Theme by Compete Themes.