Son yeniləmə: 29 Dekabr 2023 13:00
BAYRAQDAR MEDİA – Aqrar Sığorta Fondu 2023-cü il ərzində əkin sahələri, bitkiçilik və heyvandarlıq üzrə indiyədək təxminən 4 milyon manata yaxın sığorta ödənişi həyata keçirib.
Bu barədə BAYARQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “fermerlər təsərrüfatlarını sığortalamaq üçün 1651 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərlər. Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlərlə bağlı ətraflı məlumatı fondun rəsmi internet səhifəsindən öyrənmək olar”.
Məlumata əsasən, fermerlər “Sığorta kalkulyatoru” vasitəsilə öz təsərrüfatlarının sığorta haqqını və sığorta təminatını asanlıqla hesablaya bilərlər.