Son yeniləmə: 28 Dekabr 2023 17:16
Şəhərin Anbaras və Sərşəhər məhəllələri şəhərin yeni baş planına uyğun yenidən qurulacaq
BAYRAQDAR MEDİA – “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın belə tədbirlərin növbəti ildən daha geniş və əhatəli şəkildə təşkilinə imkan verəcək.
Bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ordubad rayonunda sakinlərlə görüşündə deyib.
Nümayəndəlikdən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, Fuad Nəcəfli qeyd edib ki, 2024-cü ildən Ordubadda da mühüm infrastruktur layihələri reallaşdırılacaq: “Azərbaycanın turizm incisi olan Ordubad şəhərində yeni otel kompleksi tikiləcək, şəhərin Anbaras və Sərşəhər məhəllələri şəhərin yeni baş planına uyğun yenidən qurulacaq, Ordubad abidələri və tarixi yerlər elmi əsaslarla, orijinal quruluşu saxlanılmaqla bərpa olunacaq, şəhərdə inşa olunacaq Şəhidlər Memorial Abidə Kompleksində Ordubadın qəhrəman oğullarının xatirələri əbədiləşdiriləcək”.
Qeyd edilib ki, bundan başqa Ordubad şəhərində yeni uşaq bağçası,yeni istehsal müəssisələri, Kələntər Dizə kəndində müasir məktəb binası inşa olunacaq: “Qəsəbə və kəndlərdə infrastrukturlar yenilənəcək, yollar və körpülər inşa ediləcək.Bütün bunlar əhalinin rifah halını yüksəldəcək”.