Press "Enter" to skip to content

Nazir rektorlarla mühüm müzakirə aparıb

Görüş zamanı

BAYRAQDAR MEDİA – Dekabrın 27-də Elm və Təhsil Nazirliyində (ETN) ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “görüşdə elm və təhsil naziri Emin Əmrullayev, ali təhsil müəssisələrinin rektorları və nazirliyin müvafiq struktur bölmə rəhbərləri iştirak ediblər. Görüş zamanı 2023-cü ilin yekunları təhlil edilib, növbəti il üçün ali təhsil sahəsində planlaşdırılan tədbirlərin gündəliyinə dair fikir mübadiləsi aparılıb, həmçinin imtahan sessiyası və yaz semestrinə hazırlıq prosesi müzakirə olunub. Ali təhsil müəssisələrinin ETN-nin yeni strukturları ilə sıx əməkdaşlığının zəruriliyi vurğulanan görüşdə bu sahədə planlaşdırılan fəaliyyət istiqamətlərinə də toxunulub. E.Əmrullayev gənc alimlərin fəaliyyətləri, elmi nailiyyətlərinin təşviqi, yeni elmi və akademik məzmunun yaradılması, effektiv kommunikasiyanın vacibliyi və digər bu kimi məsələlərlə bağlı tapşırıqlar verib”.

Görüşün sonunda müzakirə edilən məsələlərə dair rəy və təkliflər səsləndirilib.

Mission News Theme by Compete Themes.