Press "Enter" to skip to content

“Leyli və Məcnun” operası nümayiş olunacaq

Leyli və Məcnun

BAYRAQDAR MEDİA – Yanvarın 12-də saat 19:00-da Opera Studiyasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tərəfindən dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası nümayiş olunacaq.

Bu haqda sözügedən Teatrın yaydığı xəbərdə qeyd edilir.

Xəbərdə deyilir ki, “operada Xalq artisti Nəzakət Teymurova (Leyli), Xalq artisti Mənsum İbrahimov (Məcnun), Əməkdar artist Cahangir Qurbanov (Nofəl), Fuad Əzizzadə (İbn Salam), Aytən Məhərrəmova (Leylinin anası), Taleh Yahyayev (Leylinin atası), Əməkdar artist Elnur Zeynalov (Məcnunun atası), Afaq Ağayeva (Məcnunun anası), Nəzər Bəylərov (Zeyd), Xəyal HüseynovMəhəbbət Səfərov (Şeyxlər) iştirak edirlər.

Dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva olan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir. Tamaşada solo tarda Xalq artisti Elçin Həşimov, kamançada isə Əməkdar artist Elnur Əhmədov ifa edir.

Mission News Theme by Compete Themes.