BAYRAQDAR MEDİA – Dekabrın 27-də fars-molla rejiminin idarə etdiyi İranın ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyinin əməkdaşları Güney Azərbaycan Milli Hərəkatının fəallarından olan Siyamək Kuşini həbs etmək üçün onun Təbrizdəki evinə gediblər.
Xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Xəbərdə deyilir ki, “onlar məhkəmə qərarı ilə milli fəalın evində axtarış aparıblar və Siyamək Kuşi evdə olmadığı üçün onu həbs edə bilməyiblər”.
Qeyd olunur ki, “Siyamək Kuşi Urmu gölünün xilas edilməsi sahəsində və “Urmu Araz üçün Birlik” kampaniyasında fəallıq göstərib. Bildirilir ki, o, Urmu gölünün qurudulmasına, Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsinə və İran hökumətinin buna məhəl qoymamasına etiraz olaraq sosial şəbəkələrdə paylaşımlar edib”.