Press "Enter" to skip to content

“ASAN xidmət” “Vəkilliyin dostu” mükafatı ilə təltif edilib

Mükafat təqdim edilərkən

Son yeniləmə: 28 Dekabr 2023 09:10

BAYRAQDAR MEDİA – 28 Dekabr – Vəkil Günü peşə bayramı münasibətilə Vəkillər Kollegiyasının iclası keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, “tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Milli Məclisin Sədrinin 1-ci müavini Əli Hüseynli, Baş prokurorun müavini Heydər Məmmədov, bir sıra təhsil müəssisəsinin nümayəndələri, vəkil qurumlarının rəhbərləri, hüquq müdafiəçiləri və media nümayəndələri iştirak ediblər. “ASAN xidmət” vətəndaşlara hüquqi yardım və vəkillik xidmətlərini təmin etdiyinə görə “Vəkilliyin dostu” mükafatı ilə təltif edilib”.

Məlumata görə, mükafat Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevə təqdim edilib.

Mission News Theme by Compete Themes.