Son yeniləmə: 28 Dekabr 2023 15:48
BAYRAQDAR MEDİA– Qırğızıstanın Nazirlər Kabineti Qırğızıstanın tarixi, arxeoloji və etnoqrafik tədqiqatlarına təxminən 7 milyon dollar ayırıb.
Bu barədə Kirim Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, “Nazirlər Kabineti sədrinin müavini Edil Baysalov 27 dekabr 2023-cü il tarixində məsələ ilə bağlı məlumat verib. E.Baysalov açıqlamasında “Tarixi-mədəni irsin qorunmasına, tədqiqinə və yayılmasına dövlət dəstəyi haqqında Prezidentin sərəncamına uyğun olaraq Nazirlər Kabineti respublika büdcəsindən maliyyə vəsaiti ayıracaq” deyib.
Nazirlər Kabineti dekabrın 22-də tarix-mədəni irs obyektlərinin qorunması, tədqiqi və arxeoloji qazıntı işlərinə dair 2023-2027-ci illər üçün “Qədim tarixin sirləri” Dövlət Proqramını qəbul edib.