Son yeniləmə: 28 Dekabr 2023 13:36
BAYRAQDAR MEDİA – “1993-cü ilin may ayında təsis edilmiş Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) ötən 30 ildə uğurlu fəaliyyəti ilə fərqlənib. Öz sıralarında beynəlxalq avtomobil yük daşımalarını həyata keçirən ölkəmizin hüquqi və fiziki şəxslərini birləşdirən qeyri-kommersiya təşkilatı olan 2023-cü ili də uğurla başa vurur”.
Bunu ABADA İctimai Birliyinin baş katibi vəzifəsini icra edən Kənan Qurbanov qurumun 2023-cü ildəki fəaliyyətinin yekunlarına həsr edilmiş tədbirdə bildirib.
Qeyd olunub ki, Azərbaycan Prezidentinin 31 mart 1997-ci il tarixli 527 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 aprel tarixli 61s nömrəli Sərəncamı ilə ABADA Azərbaycan Respublikasında “Beynəlxalq Yük Daşımaları haqqında” Gömrük Konvensiyasının BYD (“TIR Karnet”) kitabçası üzrə təminat orqanı təyin edilmişdir.
ABADA öz üzvlərini Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqından aldığı “TİR Karnet” kitabçaları ilə təmin edir
K.Qurbanov deyib ki, 1998-ci ilin noyabr ayında mənzil-qərargahı Cenevrə (İsveçrə) şəhərində yerləşən Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) üzvlüyünə qəbul olunan ABADA öz üzvlərini Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqından aldığı “TİR Karnet” kitabçaları ilə təmin edir: “2023-cü ildə ABADA tərəfindən Azərbaycanda daşıyıcılara 1 min 235 ədəd “TİR Karnet” kitabçası verilib. Bu kitabça imkan verir ki, yüklər sərhəd-keçid məntəqələrində açılmasın”.
K.Qurbanovun sözlərinə görə, ABADA Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazırliyi, Dövlət Gömrük Komitəsi, xarici ölkələrin beynəlxalq avtomobil daşıyıcıları Assosiasiyaları, İRU,Qara Dəniz İqtisadi Əməkdaşlıq (QDİƏT) təşkilatına üzv ölkələrin Assosiasiyaları Federasiyası (BSEC-URTA) və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir: “Hesabat dövründə də BMT İqtisadi Şurasının elektron əmtəə nəqliyyat qaiməsi (e-SMR ) tətbiqi ilə bağlı, tədbirlərdə iştirak edilib. Həmçinin, bir neçə digər beynəlxalq tədbirlərdə, o cümlədən Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının ( İRU ) yaranmasının 75 illik yubley tədbirlərində də iştirak edilib. Rusiya Federasiyasının Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası ilə əməkdaşlıq haqqında Memorandum imzalanıb. Türkiyə, Gürcüstan, Türkmənistan və İranın nəqliyyat qurumları ilə keçirilən görüşlərdə iştirak edilib”.
Tədbirlər keçirilir, təkliflər verilir
Baş katib əvəzi deyib ki, qurum tərəfindən ötən müddətdə beynəlxalq daşımaların inkişafı, təhlükələri yüklərin beynəlxalq daşımaları haqqında Konvesiyaya uyğun olaraq, normativ sənədlərin hazırlanması, avtodaşıyıcılarımızın xarici ölkələrdə rastlaşdıqları problemlər barədə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazırliyinə təkliflər verilib: “Eyni zamanda “Beynəlxalq Yük Daşınması“ ( BYD ) kitabçasının istifadəsinin genişləndirilməsi üçün tədbirlər həyata keçirilib, bu məqsədlə Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə görüşlər keçirilib”.
Məlumat üçün bildirək ki, ABAD üçün 2023-cü il həm də qurumun 30 illik yubiley ili olması ilə də yadda qalıb.
ABADA-nın təşəbbüsü ilə Aəzrbaycanda mühüm beynəlxalq tədbir keçirilib
K.Qurbanov vurğulaylb ki, məhz bu 30 illik yubiley ərərfəsində, 2023-cü ilin oktyabr ayında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT ) üzv ölkələrin Assosiasiyalarının Konfederasiyasının (BSEC – URTA) Baş Assambleyasının 42-ci iclası ABADA-nı təşəbbüsü ilə dəvəti ilə Bakı şəhərində keçirilib: “İclasda İRU-nun Baş katibi Pretto Umberto, 15 ölkənin Assosiasiyalarının rəhbərləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Dövlət Gömrük komitəsinin rəhbər işçiləri və digər nümayəndələr iştirak etmişdir”.