Press "Enter" to skip to content

Türk Mədəniyyəti və İrsi Fondundan film təqdimatı

Təqdimatdan görüntü

Son yeniləmə: 28 Dekabr 2023 16:46

BAYRAQDAR MEDİA – Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası fakültəsi ilə əməkdaşlıq çərçivəsində vəfatının 750 illiyi münasibəti ilə Mövlanə Cəlaləddin Ruminin anım tədbirini keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Fonddan daxil olub.

Xəbərdə deyilir ki, “tədbirin açılışında çıxış edən fakültə dekanı Mehmet Yüce fakültənin fəaliyyətindən danışıb. O, C.Ruminin əsərləri vasitəsi ilə onun insanlara ötürdüyü bəşəri ismarıclardan söhbət açıb. Fond ilə fakültənin birgə əməkdaşlığının davam edəcəyini vurğulayan M.Yüce Fonda dəstəyinə görə təşəkkürünü bildirib”.

Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı bu cür tədbirlərin önəmindən söz açaraq tələbələrin Mövlanə ədəbi irsindən öyrəndiklərini həyatlarına tətbiqini tövsiyə edib. Fondun layihə meneceri Nuri Aksu təşkilatın prezidenti Aktotı Raimkulovanın salamlarını iştirakçılara çatdıraraq təşkilatın fəaliyyətindən bəhs edib. O, Mövlanə əsərlərinin yaşamaqda davam edən bir mədəni irs olduğunu vurğulayıb.

Daha sonra Fondun əməkdaşı Fərid Hüseyn “Mövlanə Cəlaləddin Rumi və Azərbaycan ədəbiyyatı” adlı çıxışında səkkiz əsr boyunca görkəmli ədibin irsinə Azərbaycanda olan böyük maraqdan söz açıb.

Tədbir “Turan” etno-folklor ansamblının konserti ilə davam edib.

Anım tədbiri “Mövlanə: Eşqin zamanı” adlı sənədli filmin nümayişi ilə yekunlaşıb.

Mission News Theme by Compete Themes.