BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 115-cü mövsümündə 2024-cü ilin yanvar ayında nümayiş ediləcək tamaşaları təqdim edib.
Bu haqda sözügedən Teatrın yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, yanvarda Teatrda aşağıdakı müxtəlif tamaşalar olacaq:
5 yanvar – “Şelkunçik” (P.Çaykovski) (2 pərdəli balet) – 19:00 (Opera Studiyası)
6 yanvar – “Şelkunçik” (P.Çaykovski) (2 pərdəli balet) – 15:00 (Opera Studiyası)
10 yanvar – “Don Kixot” (1 pərdəli balet) (Q.Qarayev) – 19:00 (Opera studiyası)
10 yanvar – “Leyli və Məcnun” (1 pərdəli balet) (Q.Qarayev) – 19:00 (Opera studiyası)
12 yanvar – “Leyli və Məcnun” (2 pərdəli opera) (Ü.Hacıbəyli) – 19:00 (Opera studiyası)
21 yanvar – “Toska” (C.Puççini) (3 pərdəli opera) – 19:00 (Opera studiyası)
25 yanvar – “Sevil” (F.Əmirov) (3 pərdəli opera) – 19:00 (Opera studiyası)
27 yanvar – “Jizel” (A.Adan) (2 pərdəli balet) – Heydər Əliyev Sarayı
31 yanvar – “Əsli və Kərəm” (Ü.Hacıbəyli) (2 pərdəli opera) – 19:00 (Opera studiyası)
Qeyd edək ki, Teatrın təmirə bağlandığı səbəbindən tamaşaları digər mədəniyyət müəssisələrinin səhnələrində nümayiş olunur.