Press "Enter" to skip to content

Naxçıvanın azad iqtisadi zonaya çevrilməsi üçün işlər aparılır

Media nümayəndələri ilə görüşdən xatirə fotosu

Son yeniləmə: 27 Dekabr 2023 12:34

BAYRAQDAR MEDİA – “Naxçıvanın sosial-iqtisadi inkişafı üçün lazım olan addımlar atılacaq. Məlum olduğu kimi 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanın sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət Proqramını təsdiq edib. Bu Dövlət Proqramına əsasən müvafiq addımlar atılır və gələcəkdə də atılacaq. O cümlədən Naxçıvan azad iqtisadi zonaya çevriləcək”.

Bunu “Ulu Öndər Heydər Əliyevin izi ilə” turunun təqdimat mərasimi çərçivəsində media nümayəndələri ilə görüşən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.

O, bildirib ki, Naxçıvanın azad iqtisadi zonaya çevrilməsi üçün işlər aparılır: “İlkin olaraq biz xüsusi iqtisadi rejimi tətbiq etməliyik”.

Görüləcək konkret işlərə gəlincə, F.Nəcəfli xüsusi güzəştlərlə Naxçıvana çox sayda investorun cəlb olunacağını bildirib: “Xüsusi iqtisadi rejim çərçivəsində müəyyənləşdiriləcək güzəştlər bir xeyli investoru Naxçıvana cəlb edəcək. Bunun əsasında formalaşdırdığımız mühitlə azad iqtisadi zonanın təməlini atmış olacağıq”.

Mission News Theme by Compete Themes.