Son yeniləmə: 26 Dekabr 2023 18:03
BAYRAQDAR MEDİA – “Nar” ölkə boyunca satış xidmətlərini həyata keçirən diler təmsilçiləri ilə illik yekun görüşü keçirib. Görüşzamanı “Nar”ın satış göstəriciləri, tətbiq etdiyi yeniliklər və əldə etdiyi nailiyyətlər təqdim olunub.
Görüşdə üstün müştəri məmnuniyyətinin təmin edilməsi və sərfəli qiymət siyasəti nəticəsində “Nar” yeni qoşulan abunəçi sayı və eləcə də, ümumilikdə satış göstəricilərini yüksəltməyə nail olduğu haqqında məlumat verilib. Bununla yanaşı, 2023-cü ildə Bakı, Gəncə, Gədəbəy, Goranboy, Göygöl, Kürdəmir, Laçın, Mingəçevir, Neftçala, Qəbələ, Şəki, Şərur, Tovuz və Zərdab şəhərlərində yenilənmiş “Nar” diler mağazaları uğurla abunəçilərə təqdim olunub.
Tədbirdə Laçın rayonunda və həmçinin, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xususi nümayəndəlikləri iştirak ediblər. Dövlət rəsmiləri Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan işgüzar mühit və azad edilmiş ərazilərin biznes potensialı haqqında görüş iştirakçılarını məlumatlandırıblar.