Son yeniləmə: 26 Dekabr 2023 15:27
İhsan Aktaş: Hesab edirəm ki, bütün bunların fonunda yerli seçkilərdə də Cümhur İttifakı uğur qazanacaq
BAYRAQDAR MEDİA – “Türkiyədə 2024-cü ildə keçiriləcək yerli seçkilər də mühüm əhəmiyyət kəsb edir”.
Bunu qardaş Türkiyənin GENAR Araşdırma Şirkətinin başqanı, tanınmış yazar İhsan Aktaş BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında deyib.
O, qeyd edib ki, seçkilərə bir neçə ay qalmış iqtidar və müxalifət düşərgəsində xüsusi canlanma müşahidə edilir: “Son dönəmdə iqtidar qanadında səs artımı müşahidə edilir. O mənada ki, 2023-cü ildə keçirilən seçkilərdən sonra ölkəədki maliyyə durumu ilə əlaqədar iqtidar bir az səs itirtmişdi. Ancaq indiki halda görünən odur ki, iqtidar itirilmiş səslərini bərpa edib və hətta artırıb”.
İ.Aktaş deyib ki, bunu müxalifət qanadı ilə bağlı demək isə mümkün deyil: “Çünki müxalifət düşərgəsində qarışıqlıq, daxili gərginliklər davam edir. Eyni zamanda partiyalar arasındakı qarşıdurmalar da davam edir. Hesab edirəm ki, bütün bunların fonunda yerli seçkilərdə də Cümhur İttifakı uğur qazanacaq. Bildiyiniz kimi ötən yerli seçkilərədn sonra CHP-nin əlində bir çox bələdiyyə var. Bu seçkilərdə həmən bələdiyyələrədn neçəsində Cümhur İttifakının namizədinin qalib gələcəyi maraqla gözlənilir”.