Press "Enter" to skip to content

Kitab tanıtma: “Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri”

Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı kitablar sırasında akademik Vaqif Abbasovun “Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri” kitabı da var.

Müəllif nəşrdə yazır: “Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri” kitabının dördüncü cildində olduğu kimi bu cilddə də xırda bir kənara çıxma etdim. Kitabda haqlarında yazdığım böyük şəxsiyyətlərin 17-i haqqında tarixi ardıcıllıqla yazdım. Yalnız çox böyük hörmət və ehtiram bəslədiyim, xalqımızın ləyaqətli qızı, ölkəmizin inkişafinda və qələbələrində müstəsna xidmətləri olan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyət Fondunun yaradıcısı və Prezidenti Mehriban Arif qızı Əliyeva haqqında birinci yazdım”.

Bildirək ki, kitabda dünyanın ən nüfuzlu elm adamlarından olan Karl Landştayner (1868), Artur Kompton (1892), akademik İbrahim İbrahimov (1912), akademik Əli Quliyev (1912), Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Məcid Mərdanov (1913), akademik Soltan Mehdiyev (1914), Frederik Çempen Robbins (1916), Daniel Karlton Qayduzek (1923), akademik Azad Mirzəcanzadə (1928), akademik Musa Rüstəmov (1930), akademik Bəkir Nəbiyev (1930), akademik Arif Paşayev (1934), akademik Akif Hacıyev (1937), kimya elmləri doktoru, Prof. Elmira Süleymanova (1937), Daniel Natans (1938), akademik Əhliman Əmiraslanov (1948) və akademik Kamal Abdulla (1950) haqqında maraqlı və zəngin məlumatlar yer alır.

Qeyd edək ki, nəşrdə bildirilir ki, kitab Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə ithaf olunub.

Mission News Theme by Compete Themes.