Press "Enter" to skip to content

Ersin Tatar Denizliyə gəlir

KKTC Cumhurbaşkanı Ersin Tatar

Son yeniləmə: 26 Dekabr 2023 09:50

BAYRAQDAR MEDİA – KKTC Cumhurbaşqanı Ersin Tatar Denizli Böyükşəhər Bələdiyyəsi, Avrasiya İcraçı Sənayeçi və İş Adamları Dərnəyi və EkoAvrasiya Vəqfi ilə əməkdaşlıq çərçivəsində təşkil edilən proqramla dekabrın 26-da Denizlidə olacaq.

Bu barədə Denizli Bələdiyyəsindən məlumat verilib.

Bildirilib ki, E.Tatarın proqramı Denizli valisi Ömer Faruk Coşkunla görüşlə başlayacaq. E.Tatar daha sonra Denizli Böyükşəhər Bələdiyyəsinin başçısı Osman Zolanı ziyarət edəcək, burada Denizli Böyükşəhər Bələdiyyə Məclisində çıxış edəcək. Bələdiyyə sədri Osman Zolan Məclis toplantısında Cumhurbaşqanı Ersin Tatara “Fəxri vətəndaşlıq” vəsiqəsini təqdim edəcək”.

Məlumata görə, proqramdan sonra Denizli Böyükşəhər Bələdiyyəsinin sədri Osman Zolanın ev sahibliyi ilə tarixi Kaleiçi Çarşısını ziyarət ediləcək: “E.Tatar Pamukkale Universitetinin təşkil etdiyi “KKTC-nin Türk Dünyasında Strateji Önəminə dair lonfrans və bayraq mərasimi”nə qatılacaq. Buradakı proqramdan sonra E.Tatar möhtəşəm təbiəti ilə hər kəsi valeh edən Denizli Teleferiği və Bağbaşı Yaylasına baxacaq. Axşam proqramında Ersin Tatar Denizli Böyükşəhər Bələdiyyəsi, AYSİAD və EkoAvrasiya Vəqfinin ev sahibliyi etdiyi şam yeməyində Denizli iş dünyası ilə görüşəcək”.

Mission News Theme by Compete Themes.