Son yeniləmə: 26 Dekabr 2023 16:06
Dr.Yücel Karauz: Ermənistan hakimiyyəti revanşist əhval-ruhiyyəyə uymamalı, bu ikili oyunlardan əl çəkməlidir
BAYRAQDAR MEDİA – “Samvel Şahramanyan Xankəndidə separatçı rejimin ləğvi ilə bağlı qərarından imtina etməsinin heç bir mənası yoxdur. Bu addım nə Azərbaycana hər hansı təhlükə yarada, nə də Ermənistana və separatçılara fayda gətirə bilər”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr.Yücel Karauz deyib.
Xatırladaq ki, sentyabrda Qarabağdan Ermənistana qaçan Samvel Şahramanyan Xankəndidə separatçı rejimin ləğvi ilə bağlı qərarından imtina edib və bildirib ki, “Dağlıq Qarabağın (qondarma) dövlət qurumlarının buraxılmasını nəzərdə tutan heç bir hüquqi sənəd yoxdur”.
Bu məqama toxunan türkiyəli general bildirib ki, sözügedən addım, əslində, birbaşa Ermənistanın özünə qarşı yönəlib: “O mənada ki, bu gün bölgədə əbədi sülhün əldə edilməsi və inkişafın təmin olunmasına ən çox ehtiyacı olan məhz Ermənistandır. Belə olduğu halda bunların bu cür hiyləgər və deyərdim ki, axmaq oyunlara baş vurması ağılsızlıqdan başqa bir şey deyildir. Ermənistan bir tərəfdən Azərbaycanla sülh üçün şərtlərin olduğunu, qarşılıqlı etimad üçün addım atmağa hazır olduğunu bəyan edir, digər yandan da bu cür oyunlara əl atır. Bu cür oyunlar çox getməz. Ermənistan hakimiyyəti revanşist əhval-ruhiyyəyə uymamalı, bu ikili oyunlardan əl çəkməlidir. Əks təqdirdə onları bundan da acınacaqlı durum gözləyir. Çünki revanşist əhval-ruhiyyəyə köklənən addımlar davam edərsə bu Azərbaycnaın və Türkiyənin səbr kasasını daşsdıra bilər”.
Dr.Y.Karauzun sözlərinə görə, görünən odur ki, Ermənisatn hələ dəs ülh məsələsinə səmimi yanaşmır: “Əksinə Ermənistanın guya Rusiyadan aslılığını azaltmaq üçün mənbəyi bəlli olmayan pullalarla Hindistan və Fransadan silah sistemləri alması da diqqətdən yayınmır. Özü də alınan silah sistemlərinin forma və gücü mövcud vəziyyətdə daha çirkin bir savaş hazırlıqlarına işarə edir. Bu məqam da Ermənistanın sülh məsələsinə yanaşmada səmimi olmadığını, hələ də revanşist əhval-ruhiyyədən qurtula bilmədiyini ortaya qoyur”.
Müsahibimiz sonda “Lakin onlar bilsinlər ki, istədikləri silah sistemlərini lasalar belə, bundan sonra da edəcəkləri hər bir ağısız hərəkətin, hərbi təxirbatın cavabı beş qat veriləcək. Ona görə də mövcud Ermənistan hakimiyyəti yaxşı-yaxşı düşünməli, Batıdan edilən təhrikedici təkilflərə uymamalıdır. Ermənistanın mövcud durumdan xilas yolu ancaq və ancaq Azərbaycanla Türkiyənin uzatdığı sülh əlini tutmaq, regionunun inkişafına yönələn layihələrdə yer almaq və bunula da bir dövlət kimi məhz olmaq təhlükəsindən qurtulmaqdır” deyib.