Son yeniləmə: 26 Dekabr 2023 13:33
3-cü İllik Beynəlxalq Fotoqrafiya Müsabiqəsi başlayır
BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Anadolu Universiteti Açıq Təhsil Sistemi tərəfindən hər il təşkil edilən üçüncü Beynəlxalq Fotoqrafiya Yarışması bu il “Fotoqrafiya Yarışması Mədəniyyətlərarası Qarşılıqlı Təcrübə Olaraq: Açıq Təhsil Fakültəsi Tələbələrinin Rəyləri” adlı layihə çərçivəsində keçiriləcək.
Bu barədə universitetdın məıklumat verilib.
Məlumata görə, tədbir Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, UNESCO və Eskişehir valiliyinin dəstəyi ilə keçiriləcək. Müsabiqə üçün müraciətlər 2 yanvar 2024-cü il tarixində başlayacaq: “UNESCO-nun 2023-cü ili “Aşıq Veysəl ili” elan etməsi münasibəti ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Açıq Təhsil Fakültəsi Vizual Ünsiyyət Dizaynı kafedrasının təşkilatçılığı ilə keçiriləcək müsabiqənin mövzusu “Könül gözü ilə: Aşıq Veysəl” olacaq. Açıq Təhsil Sisteminin ön, bakalavr və magistr proqramlarına daxil olan yerli və beynəlxalq tələbələrin iştirak edə biləcəyi müsabiqəyə müraciətlər rəqəmsal şəkildə həyata keçiriləcək. Tələbələr mövzuya uyğun çəkdikləri şəkilləri internet səhifəsinə yükləyərək müsabiqədə iştirak edəcəklər”.
Qeyd edilib ki, təqdim olunan fotoşəkillərin qiymətləndirilməsi münsiflər heyəti tərəfindən aparılarkən, ən yüksək yer tutan tələbələrə müəyyən mükafatlar veriləcək: “Müsabiqə çərçivəsində münsiflər heyəti tərəfindən müəyyən edilən əsərlər seçim yaradıldıqdan sonra “Könül Gözü ilə Görmək: Aşık Veysel Foto Sərgisi” çərçivəsində sərgilənəcək”.