Son yeniləmə: 25 Dekabr 2023 08:44
Hasan Turan: Kərkük hökuməti ilə bağlı birinci tələbimiz türkmən valinin olmasıdır
BAYRAQDAR MEDİA – Bəlli olduğu kimi, Kərkükdə yerli seçkilər keçirilib. İraqda 10, Kərkükdə isə 18 ildən sonra keçirilən bu seçkidə 520 min 436 nəfər səs verib.
Artıq nəticələr bəllidir və İraq Türkmən Cəbhəsi (İTC) ortaya qəti mövqe qoyub.
Kırım Haber Ajansının məlumatına görə, İTC sədri Hasan Turan Kərkükdə keçirilən seçkilərlə bağlı açıqlama verib. O, açıqlamasında Kərkük hökumətinin qurulması ilə bağlı ilk tələblərinin Türkmən valinin olması olduğunu vurğulayıb.
H.Turan açıqlamasında, “Kərkük seçkilərinin nəticələri sübut etdi ki, yerli hökumət tək bir partiya tərəfindən qurula bilməz. Kərkük hökumətinin qurulması ilə bağlı danışıqlarda ilk tələbimiz türkmən valinin olmasıdır”.
O, həmçinin “2017-ci ildən əvvəlki vəziyyətin qayıtmasına imkan verməyəcəyik” deyib.
H.Turan türkmənlərin qərarının bütün türkmən qüvvə və partiyaları ilə birlikdə alınacağını bildirib.