Son yeniləmə: 25 Dekabr 2023 11:34
Türkmənlərin çox yaşadığı Türkmənsəhraya digər kiçik etnik qrupları – Bəluc və Zabilləri köçürərək bölgənin etnik quruluşunu dəyişməyi planlaşdıran İran buna qarşı çıxanları da hədəf alıb
BAYRAQDAR MEDİA – “İranda türk olmaq və öz kimliyini dərk edərək yaşamaq həyati təhlükədir. Eyni zamanda sistem sizi öz düşməni kimi görür. Təəssüf ki, bu səbəbdən də türklər elementar hüquqlardan məhrum şəkildə yaşayırlar”.
Bu fikirlər Osmaniye Korkut Ata Universiteti Beynəlxalq münasibətlər fakültəsinin öğretim üyesi Dr. Elnur Paşanın Türkgün Gazetesində dərc edilən “Türkmensahra tehlike altında” adlı köşə yazısında öz əksini tapıb.
Yazıda qeyd edilib ki, Güney Azərbaycan, Kaşqayılar, Türkmənsahra (Güney Türkmənistan), Xorasan, Halaç, Bıçakçıda yaşayan türklər həyatlarının hər sahəsində İranın assimilyasiya siyasəti və təzyiqləri ilə qarşılaşıblar: “İranda mühüm çoxluğa malik olan Güney Azərbaycan türkləri az-çox səsini eşitdirə bilsələr və bu istiqamətdə müəyyən irəliləyişlər əldə etsələr də, səsini yetərincə eşitdirə bilməyən və səsini çıxara bilməyən digər türk toplumlarını da gündəmə gətirmək önəmlidir”.
O da vurğulanıb ki, son zamanlar İranın türkmənlərə qarşı təzyiq siyasəti artıb: “Soydaşlarımızın sıx yaşadığı Türkmənsəhraya digər kiçik etnik qrupları – Bəluc və Zabilləri köçürərək bölgənin etnik quruluşunu dəyişməyi planlaşdıran İran buna qarşı çıxan türkmənləri də hədəf alıb. Onlar hətta sosial şəbəkələrdə etiraz kampaniyasına mane olublar və İran İnqilabı Keşikçilər Kəşfiyyat Bölməsi məlumatın yayılmasının qarşısını almaq üçün hərəkətə keçib”.
Yazıda əslən Türkmənistandan olan Trakya Universitetinin müəllimi Doç. Dr. Abdurrahman Devecinin fikirlərinə də geniş yer verilib.