Son yeniləmə: 25 Dekabr 2023 15:03
BAYRAQDAR MEDİA – KKTC səlahiyyətlilərindən dəstək istəyən kənd təsərrüfatı istehsalçıları Türkiyə səlahiyyətlilərinə də üz tutublar.
Bu barədə Haber Kibris məlumat yaylb.
Bildirilib ki, “istehsalçılar təxminən 400 min TL zərərin olduğunu bəyan ediblər. İstehsalçılar ixrac üçün istehsal olunan və 2 gündən sonra kəsilməsi lazım olan 35-40 min ədəd enginarın tarlada qalmasından narahat olduqlarını bildirir və “Bu qədər məhsulu daxili bazarda istehlak edə bilmərik” deyirlər”.
Məlumata görə, enginar istehsalçıları son çarə olaraq sosial mediadan istifadə edərək X platformasında Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan, vitse-prezident Cevdet Yılmaz və Türkiyənin Lefkoşa səfirinə müraciət ediblər.