Press "Enter" to skip to content

Güneyli milli fəal ETTELAAT idarəsinə çağırılıb

Şahin Bərzgər

Son yeniləmə: 26 Dekabr 2023 11:15

BAYRAQDAR MEDİA – Güney Azərbaycan Milli Hərəkatının fəalı Şahin Bərzgər dekabrın 24-də Təbrizin ETTELAAT idarəsinə çağırılıb.

Xəbəri “Azad İran” Telegram kanalı yayıb.

Məlumata görə, bu barədə milli fəal öz Instagram hesabında paylaşım edərək çağırışı qanunsuz hesab edib və məhkəmə qərarı olmadan heç bir yerə getməyəcəyini bildirib.

Qeyd olunub ki, Şahin Bərzgər daha öncə – noyabrın 12-də də sözügedən idarəyə çağırılıbmış.

Əlavə edək ki, fars-molla rejiminin idarə etdiyi İranda türklər az qala əhalinin yarısını təşkil etsə də onlar daimi basqı altında tutulmağa davam edir.

Mission News Theme by Compete Themes.