Son yeniləmə: 25 Dekabr 2023 11:34
Cavid Şahverdiyev: BJC-nin yaradılmasında məqsəd türk millətinə, türk birlik və həmrəyliyinə xidmət etməkdir
BAYRAQDAR MEDİA – “Mərkəzi ofisi Türkiyədə yerləşən və dünyanın bir çox ölkəsində təmsilçiliyi olan Beynəlxalq Jurnalistlər Cəmiyyəti (BJC) 2019-cu ildə yaradılıb. 2020-ci ildə ilk konfransını keçirib və dövlət qeydiyyatına alınıb. BJC-nin rəhbəri Türkiyənin tanınmış jurnalisti Ahmet Özdür”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında . BJC-nin Azərbaycan nümayəndəsi, Avrasiya.net saytının rəhbəri Cavid Şahverdiyev deyib.
O, bildirib ki, “BJC-nin yaranmasının əsas məqsədi həm Türkiyədə, həm də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən türkdilli qəzet və informasiya portalları arasında əməkdaşlıq münasibətləri qurmaq, genişləndirmək və türk millətinə, millətçiliyinə, dövlətçiliyinə, mədəniyyətinə, incəsənətinə, bir sözlə birlik və həmrəyliyinə xidmət etməkdir. Eyni zamanda türkçülüyü, türkün həqiqətlərini, tarixini, gücünü dünya ictimaiyyətinə düzgün və obyektiv çatdırmaqdır”.
C.Şahverdiyevin sözlərinə görə, 2023-cü il dekabrın 23-də BJC Baş Qərargahında keçirilən İdarə Heyətinin 97 saylı toplantısında Azərbaycan (Bakı) və İraq (Ərbil) təmçiliklərinin yaradılması haqqında qərar qəbul edilib. Qərara əsasən Avrasiya.net saytının rəhbəri Cavid Şahverdiyev Azərbaycan, Bakı nümayəndəsi təyin edilib. Onun təyinatı ilə bağlı qərarlar yaxın bir ay ərzində Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan səfirliyinə və müvafiq orqanlara göndəriləcək.