Press "Enter" to skip to content

Yeni çağırışlara zamanında cavab vermək vacibdir

Barış Altıparmak

Son yeniləmə: 22 Dekabr 2023 11:22

Barış Altıparmak: “Yaşıl” enerjiyə keçid istiqamətində atılan birgə addımlar da mühüm əhəmiyyət kəsb edir

BAYRAQDAR MEDİA – “Bu gün iki qarda ölkə olan Azərbaycanla Türkiyə arasında bütün sahələrdə əlaqələr inkişaf edir. Təbii ki, inkişafla yanaşı tərəflər yeni çağırışlara zamanında cavab vermək üçün də birgə addımlar atırlar. Bu baxımdan “yaşıl” enerjiyə keçid istiqamətində atılan birgə addımlar da mühüm əhəmiyyət kəsb edir”

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında “Kolin İnşaat Azərbaycan”ın baş direktoru, Dünya Türk İş Şurasının Azərbaycanda sədri, Barış Altıparmak deyib.

O, qeyd edib ki, bəhs edilən əməkdaşlıq fonunda ətraf mühit üçün zərərsiz istehsal və enerji səmərəliliyinin təminatı üzrə birgə layihələrin həyata keçirilməsi üçün münbit şərait yaranıb.

Xatırladaq ki, Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində “Yaşıl enerji və smart city” mövzusunda panel iclası təşkil edilib. Barış Altıparmağın moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Azərbaycanın energetika nazirinin müavini Samir Vəliyev, Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf, Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Nevzat Şatıroğlu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavini İlqar İsbatov, “PMD Projects” MMC-nin sədri Nəriman Topçubaşov çıxış ediblər.

İclas zamanı
İclas zamanı

Çıxışlarda bildirilib ki, qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında əlaqələr strateji tərəfdaşlıq prinsipi ilə daha da güclənir.

Məlumata əsasən, iclasda iki qardaş ölkə arasında enerji əməkdaşlığının ikitərəfli və regional faydaları, meqa layihələrin regional təhlükəsizliyə və rifaha töhvə verdiyi vurğulanıb. Bu baxımdan “yaşıl” enerjiyə keçidin əıhəmiyyəti qeyd edilib.

Məlumatda o da vurğulanır ki, panel çərçivəsində Azərbaycanın dekarbonizasiyaya yönəlmiş hədəfləri, regional enerji təhlükəsizliyinin həyata keçirilməsi və rentabelli texnologiyalardan istifadənin təşviqi barədə fikirlər səcləndirilib. Bərpa olunan enerji mənbələrindən səmərəli istifadənin intensivləşdirilməsi istiqamətində həyata keçirilən layihələr, işğaldan azad edilmiş ərazilərimizdə “smart city” konseptinə uyğun mexanizmlərin tətbiqi və innovativ inkişaf trendləri barədə məlumat verilib.

“Yaşıl enerji”yə keçidin əhəmiyyəti, şəhərlərin rəqəmsallaşdırılması, xidmətlərin elektronlaşdırılması, Azərbaycanın tikinti sektoru ilə bağlı investisiya imkanları, bərpa olunan enerji sahəsində investisiya imkanları barədə müzakirələr aparılıb, ikitərəfli əməkdaşlıq imkanları və potensial tərəfdaşlığın perspektivləri diqqətdə saxlanılıb.

Mission News Theme by Compete Themes.