Son yeniləmə: 22 Dekabr 2023 17:35
Hasan Öztürk: Bu yerləri boş qoysaq, həm doğulu, həm də batılı aktorlar boşluğu dolduracaq
BAYRAQDAR MEDİA – Türkiyə ilə Azərbaycan arasında münasibətlər tarixinin ən yaxşı günlərini yaşayır. Xüsusilə 44 günlük Vətən Müharibəsində Türkiyənin Qarabağda tutduğu mövqe, həmçinin fevralın 6-da baş verən zəlzələlərdən sonra Azərbaycanın Türkiyəyə verdiyi mühüm töhfələr bu xoş günləri daha da gücləndirdi”.
Bunu qardaş Türkiyədə fəaliyyət göstərən “Ülke” TV-nin rəhbəri, tanınmış jurnalist Hasan Öztürk BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında deyib.
Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iştirak edən H.Öztürk bildirib ki, “hazırda Azərbaycan və Türkiyə siyasi əlaqələrlə yanaşı, iqtisadi və sosial sahədə də yaxınlaşır. Bu çərçivədə iki gündür Azərbaycanın paytaxtı Bakıda keçirilən formanı izləyirik.
Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) və Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə təşkil olunur. Bu olduqca mühüm addımdır”.
Müsahibimiz bildirib ki, hazırda Türkiyə ilə Azərbaycan arasında ticarət həcmi 7,5 milyard dollar civarındadır: “Bunun 2,5 milyard dolları Türkiyənin, təxminən 4 milyard dolları isə Azərbaycan ixracıdır. Azərbaycanın Türkiyəyə sərmayəsi 20 milyard dollara yaxındır. Digər tərəfdən, türk iş adamlarımızın Azərbaycana sərmayəsi 13 milyard dollara yaxınlaşıb. Qarşıdakı dövrdə qarşılıqlı əlaqələrin inkişafı fonunda iki dövlətin ticarət həcmini 15 milyard dollara çatdırması hədəflənir. Bu kontekstdə Azərbaycan türk investorları və iş adamları üçün böyük imkanlar təklif edir”.
H.Öztürkün sözlərinə görə, “ən mühüm fürsət və imkan ondan ibarətdir ki, dil problemi olmayan, qardaş Azərbaycanda Türkiyə iş adamları və ümumilikdə Türkiyə vətəndaşları üçün xüsusi sevgi, diqqət və qayğı var”.
Müsahibmiz sonda Türkiyənin iş adamlarına mühüm bir şağırış da edib: “Türkiyə iş adamları vaxt itirmədən qardaş Aəzrbaycanda sərmayə qoymalıdırlar. Əgər bu yerləri boş qoysaq, həm doğulu, həm də batılı çoxlu aktorlar boşluğu dolduracaq. 30 ildən artıqdır Azərbaycanda olan TÜİB rəhbəri Hüseyn Büyükfıratın hər zaman qeyd etdiyi kimi, bura Xəzər dənizinin qapısıdır. Yeri gəlmişkən, mən yaranmış fürsətdən istifadə edib belə gözəl və mühüm tədbirin təşkilatçıalrından biri olduğu üçün Hüseyn Büyükfıratın timsalında TÜİB-i təbrik edirəm”.