Press "Enter" to skip to content

Türkiyədə Azərbaycan kapitallı iki min səkkiz yüzədək şirkət fəaliyyət göstərir

Azərbaycan-Türkiyə investisiya forumu

Son yeniləmə: 22 Dekabr 2023 09:54

BAYRAQDAR MEDİA – 2022-ci ildə Türkiyə ilə Azərbaycan arasında ticarət həcmi 6,5 milyard dollar olub.

Bunu Türkiyənin ticarət naziri Ömər Bolat dekabrın 21-də Bakıda keçirilən Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumununu açllış mərasimindəki çıxışında deyib.

Qardaş ölkənin naziri bildirib ki, bunun 2,5 milyard dollarını Azərbaycana ixrac, 4 milyard dollarını isə idxal təşkil edir.

Qeyd olunub ki, 2022-ci il ərzində iki qardaş ölkə arasında əmtəə dövriyyəsi 2023-cü ilin 11 ayının göstəricisindən az olub.

Çıxışda həmçinin Türkiyədə Azərbaycan kapitallı 2800-dək şirkətin fəaliyyət göstərdiyi vurğulanıb: “Türkiyənin isə Azərbaycanda fəaliyyət göstərən şirkətlərinin sayı 5700-dür”.

Mission News Theme by Compete Themes.