Göksel Aşan: Bizim üçün bu torpaqlarda qalmağımızı təmin edəcək birlik türk dünyası birliyidir
BAYRAQDAR MEDİA – “Türk dünyasının həmrəy olmaqdan başqa şansı yoxdur”.
Bunu Türkiyə Cümhurbaşqanının Maliyyə Ofisinin müdiri Göksel Aşan Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumunun açılış mərasimindəki çıxışı zamanı deyib.
O, qeyd edib ki, xüsusi ilə də iqtisadi sektorda güclü və həmrəy olmaq önəmlidir: “Çünki son illər bütün dünyada iqtisadi çətinliklər yaşanır. Gedən proseslər göstərir ki, əgər güclü olmasanız, ayaqda qalmağınız mümkün deyil. Bütün dünyada birləşmə gedir. Lakin bizim üçün bu torpaqlarda qalmağımızı təmin edəcək birlik türk dünyası birliyidir”.